Paşinyana etiraz edən müharibə iştirakçıları döyüldü

Paşinyana etiraz edən müharibə iştirakçıları döyüldü

Dünən Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası keçirən müxalif qüvvələrə qarşı polis zorakılığı olub.

Aksiyadan görüntülər paylaşan erməni mətbuatı Nikol Paşinyanın hakimiyyəti dövründə polislərin daha qəddar olmasını diqqət çəkən məqam kimi qeyd ediblər. Ermənistandakı aksiyada polis əməkdaşları tərəfindən döyülənlər arasında müharibə iştirakçıları da olub.

"Dünən axşam saatlarında polislər etiraz edən şəxslərə qarşı xüsusi qəddarlıq nümayiş etdirdilər. Xuntaya tabe olan və xidmət edən bu mənşəyi bilinməyən polis məmurları İkinci Qarabağ müharibəsinin iştirakçısı olan şəxsləri də döyərək saxlayıblar", -deyə məlumatda qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...