Ermənistan İrandakı səfirini geri çağırır

Ermənistan İrandakı səfirini geri çağırır


Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan geri çağırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Məlumata görə, bu qərar iki səbəbdən ola bilər.

Birinci versiya kimi İran tərəfinin onun işindən narazı olması göstərilir. İkincisi, Tumanyan Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tuta bilər.

O, 1999-2000-ci illərdə nazirin birinci müavini, sonra prezident administrasiyasının rəhbəri olub. Bundan əvvəl isə deputat seçilib, eyni zamanda vergi xidmətinə rəhbərlik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...