Rusiyada partlayışlar planlaşdıran ukraynalı radikal millətçilər saxlanıldı

Rusiyada partlayışlar planlaşdıran ukraynalı radikal millətçilər saxlanıldı
Rusiyanın bir sıra bölgələrində M.K.U. adlı ukraynalı radikal millətçilərdən ibarət qruplaşmanın 16 üzvü saxlanılıb. Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, saxlanılanlar ekstremizmi təbliğ etmək, həmçinin hökumət binalarının partladılmasına və vətəndaşlara silahlı hücumlara hazırlaşmaqda ittiham olunur. Bildirilir ki, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin birgə keçirdiyi əməliyyat çərçivəsində İrkutsk, Krasnodar, Saratov, Tambov, Tyumen, Çita, Anapa, Krasnodar şəhərlərində M.K .U. radikal qruplaşmasının 16 üzvü saxlanılıb.

Ukraynadan gələn ekstremistlərə qruplaşmanın başçısı Yeqor Krasnov rəhbərlik edib. Saxlanılan şəxslərin üzərində soyuq silahlar, həmçinin terror vasitələrinin hazırlanması üzrə təlimatların və planlaşdırılmış və ya törədilmiş cinayətlər barədə məlumatların olduğu rabitə vasitələri aşkarlanaraq götürülüb. Qrup üzvləri Yeqor Krasnovun Rusiya ərazisində terror aktları və ekstremist cinayətlər törətmək üçün onlara xüsusi təlimat və çağırışlar verərək cinayətkarlıq fəaliyyətlərini Ukrayna ərazisindən koordinasiya etdiyini təsdiqləyiblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...