Bayden: “Rusiyaya cavab verəcəyimizi söylədim və bunu etdik”

Bayden: “Rusiyaya cavab verəcəyimizi söylədim və bunu etdik”

“ABŞ və Rusiya kəskin fikir ayrılığına baxmayaraq işbirliyi edə bilirlər”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Cozef Bayden Senata və ABŞ Konqresinin Nümayəndələr Palatasına ilk müraciətində deyib. O bildirib ki, qarşılıqlı münasibətlər barədə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb:
“Bəzilərinizin bundan narahat olduğunu bilirəm, ancaq mən Putinə çox açıq şəkildə dedim ki, biz mövcud vəziyyətin pisləşməsi və ya sanksiyaların daha da genişləndirilməsi barədə fikirləşmirik. Buna baxmayaraq, rusların bizə qarşı addımlarına baxıb qərarlar verəcəyik. Rusiya bizim seçki sistemimizə müdaxilə etdi. Onlara cavab verəcəyimizi söylədim və bunu etdik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...