Gürcüstan sülhməramlılarını Əfqanıstandan çıxarır

Gürcüstan sülhməramlılarını Əfqanıstandan çıxarır

Gürcüstan sülhməramlılarını Əfqanıstandan çıxarmaqla bağlı həm NATO-da, həm də əsas strateji tərəfdaşı olan ABŞ-la ikitərəfli məsləhətləşmələr aparır.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilir.

Gürcüstan bölmələrinin Əfqanıstandan çıxarılması onlarla koordinasiyalı şəkildə həyata keçiriləcək.

Bildirilir ki, Gürcüstan 2004-cü ildən Əfqanıstandakı sülhməramlı missiyada iştirak edir və ittifaqa üzv olmayan ölkələr arasında, həmçinin adambaşına düşən hərbi personal sayına görə birinci ölkədir.

Qeyd edək ki, ABŞ 1 maydan etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayır. Britaniyanın da bütün qoşunlarını Əfqanıstandan çıxaracağı bildirilib.

Xatırladaq ki, NATO-nun Qətiyyətli Dəstək (Resolute Support) missiyası 1 yanvar 2015-ci il tarixindən etibarən Əfqanıstandadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1085 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...