İngiltərə klubunun futbolçusu 32 yaşında vəfat etdi

İngiltərə klubunun futbolçusu 32 yaşında vəfat etdi

İngiltərənin "Yovil Taun" klubunun futbolçusu Li Kollinz dünyasını dəyişib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitan 32 yaşında vəfat edib.

İngiltərəli oyunçunun ölüm səbəbi açıqlanmayıb. Komandanın səviyyəcə 5-ci liqadakı növbəti matçı təxirə salınıb.

Qeyd edək ki, Li Kollinz karyerası ərzində "Port Vayl", "Barnsli", "Şrusberi" və "Mansfild" klublarının da formasını geyinib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...