Prezidentliyə namizəd seçki günü COVID-19-dan vəfat etdi

Prezidentliyə namizəd seçki günü COVID-19-dan vəfat etdi
Konqo Respublikasında prezidentliyə namizəd Qay Brays Parfayt Kolelas seçki günü vəfat edib.

AZƏRTAC xəbər verir ki, COVID-19-a yoluxan və ağır vəziyyətdə olan 61 yaşlı siyasətçi Fransada müalicəyə yollandığı təyyarədə keçinib.

Seçkilərdən iki gün əvvəl xəstəxanada seçicilərə müraciət edən Kolelas ölümlə mübarizə apardığını söyləmişdi. O, vətəndaşları bazar günü keçiriləcək səsvermədə fəal iştiraka çağırmışdı. Konqo Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edib ki, seçki məcəlləsində namizədlərdən birinin vəfatı ilə əlaqədar səsvermənin nəticələrinin ləğvi barədə maddə yoxdur.

Konqo Respublikasında prezident seçkilərində 6 namizəd, o cümlədən 77 yaşlı hazırkı dövlət başçısı Denis Nquesso iştirak edirdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...