Məmur qıza təcavüz etmək istədi,

Məmur qıza təcavüz etmək istədi,

İranın Mahabad şəhərində minlərlə etirazçı xidmətçinin özünün dördüncü mərtəbədən atmasına etiraz olaraq oteli yandırıblar.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Hadisə bazar ertəsi şəhərdəki yeganə dörd ulduzlu oteldə baş verib. Otelə beş ulduz verəcəyini vəd edən məmur 25 yaşlı otel işçisinə təcavüz etməyə çalışıb. Lakin qadın özünü otelin dördüncü mərtəbəsindən atıb və hadisə yerindəcə ölüb. Şəhər meri Cəfər Katani təcavüz cəhdi barədə məlumatı təsdiqləyib.

Şübhəli şəxs artıq həbs olunub. Buna baxmayaraq otel qarşısında minlərlə etirazçı toplaşıb. Bir müddət sonra onlar həmin oteli yandırıblar.

Təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz vasitəsilə etirazçıları hadisə yerindən uzaqlaşdırıblar, bir necə nəfər yaralanıb. Katani isə yerli sakinləri səbirli olmağa və ekspertizanın nəticələrini gözləməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...