25 yaşlı gənc səhvən milyoner oldu

25 yaşlı gənc səhvən milyoner oldu

ABŞ-ın Nyu-York şəhərində yaşayan 25 yaşlı Aşer Conniff yol verdiyi bir səhv nəticəsində... milyoner olub

Virtualaz.org saytı xarici nəşrlərə istinadən xəbər verir ki, 25 yaşlı gənc şansının da köməyi ilə qumarda xəyal edə bilməyəcəyi məbləği qazanıb.

A.Conniff bu ilin aprel ayında internetdə qumar oynayıb və 200 min dollar qazanıb. Bundan həvəslənən gənc növbəti dəfə bu turnirə qatılmaq istəyib. Lakin internet üzərindən qeydiyyat zamanı səhvə yol verən gənc dünyanın ən məşhur qumarxanalarından biri olan “Atlantik Siti”də keçiriləcək poker turnirində iştirak etmək şansı qazanıb.

O, turnirdə iştirak etmək üçün ailəsi ilə gedəcəyi tətili də təxirə salıb. Səhvən turnirə qatılan 25 yaşlı gənc 239 nəfər arasında birinci yeri tutmağı bacarıb. Mükafatı isə 1 milyon dollar olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1407 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...