Sterliqov azərbaycanlı müstəntiqlərə şərt qoydu

Sterliqov azərbaycanlı müstəntiqlərə şərt qoydu


Rusiyalı sahibkar German Sterliqov bəyan edib ki, azərbaycanlı müstəntiqlər ilə görüşmək fikri yoxdur.

AzVision.az oxu.az-a istinadən xəbər verir ki, o, bu haqda İnterfaks-a müsahibəsində bildirib. Milyarder qeyd edir ki, əgər bunu ondan Rusiya hüquq-mühafizə orqanı əməkdaşları xahiş edərlərsə, o bu görüşə hazırdır. “Mənimlə teoretik olaraq danışmaq mümkündür, əgər mən onları qonaq çağıraramsa, amma məni - Rusiya vətəndaşını Azərbaycan müstəntiqlərinin dindirməyi heç cür mümkün deyil”, - Sterliqov müsahibəsində qeyd edib.

Bununla yanaşı o, belə bir görüşün müəyyən şərtlər altında mümkün olmasını bildirib. “Əgər məndən bizim rusiyalı güc strukturları xahiş edərlərsə ki, məsələn, German, azərbaycanlı müstəntiqlərlə ünsiyyətdə olmaq lazımdır – bu, bizim hələ Yeltsin dövründə qəbul edilən qanunla lazımdır, o zaman mən azərbaycanlılar ilə danışaram”, - biznesmen qeyd edib. Azərbaycan hüquq-mühafizə orqanlarının nümayəndələrinin onu dindirmək barədə xəbərdarlıq etmələrinə dair suala cavab verərkən Sterliqov cavab verib: “Mən Rusiya vətəndaşıyam. Xəbərdarlıq edirlər-etmirlər, çağırırlar-çağırmırlar, mənim üçün fərqi yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1109 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...