Şuşanı işğal edən erməni general öldü

Şuşanı işğal edən erməni general öldü


Ermənistan ordusunun yaradıcılarından biri olan general-polkovnik Qurqen Dalibaltyan ölüb.

Virtualaz.org erməni saytlarına istinadən bildirir ki, o, 1991-ci ildə SSRİ dağIldıqdan sonra Ermənistan üçün nizami ordu qurulmasında fəal iştirak edib. Qarabağda dinc əhaliyə divan tutmaqda xüsusi ad çıxaran general 1992-ci ildə Arkadi Ter Tadevosyanın rəhbərliyi altında Şuşanın işğal edilməsi ilə nəticələnən "Dağlarda toy” əməliyyatının fəal rəhbərlərindən olub.

Qurqen Dalibaltyan sonradan Ermənistan prezidentinin müşaviri təyin edilib. O, həyatının sonunadək hərbi inspektor vəzifəsini icra edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...