ABŞ İrandan kömək istədi

ABŞ İrandan kömək istədi

ABŞ Yəməndə siyasi həll naminə münaqişə tərəflərinin danışıqlara cəlb olunması üçün İrandan kömək istəyib.

ANS PRESS-in məlumatına görə, ABŞ rəsmiləri deyiblər ki, bu məsələ aprelin 27-də dövlət katibi Con Kerri və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub. C.Kerri iranlı həmkarından bütün tərəflərin danışıqlara cəlb olunması üçün nüfuzundan yararlanmağı xahiş edib.

Ekspertlərin fikrincə, onun bu addımı husilərin danışıqlara cəlb olunması üçün İrandan kömək istəmək anlamına gəlir. ABŞ Yəmənin danışıqlar masası arxasında oturmasını cəhd göstərir.

Xatırladaq ki, İran ötən ilin sentyabrında Yəmənin paytaxtı Səna şəhərini ələ keçirmiş husi silahlılarını dəstəkləyir. O dövrdən indiyədək husilər ölkənin cənubunu tutublar. Səudiyyə Ərəbistanı isə husilərə havadan zərbə vurir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...