İran birgə qaz nəqli ilə bağlı Azərbaycanla danışıqlara başlayıb

İran birgə qaz nəqli ilə bağlı Azərbaycanla danışıqlara başlayıb


İran dünya bazarına birgə qaz nəqli ilə bağlı Azərbaycanla danışıqların başlandığını bəyan edib. ISNA agentlyi bildirib ki, “bu o deməkdir ki, Tehran boru kəmərilə Avropaya qaz ixracı planlarına qayıdıb”.

Agentlik İranın Milli Qaz Şirkətinin rəhbəri Əlireza Kamelidən sitat gətirərək bildirib ki, Azərbaycanın SOCAR Dövlət Şirkəti ilə bu məsələyə dair ciddi danışıqlar aparılır. “Tehran və Bakı qaz ixracı layihələrinə birgə investisiyalar barədə danışıqlar aparıblar. Eyni zamanda İran yaxın üç ildə qaz hasilatını artırmağı planlaşdırır”, - o qeyd edib. ISNA qeyd edir ki, böyük təbii qaz ehtiyatları İranın Avropaya əsas ixracatçılarından biri olmasına şərait yaradır. Lakin beynəlxalq sanksiyaların olması bunu etməyə imkan verməyib.

İndiki şəraitdə İranın Azərbaycanla birgə layihələrdə iştirakla bağlı ciddi planlarından danışmaq olar. Bakı Tehrana bu sahədə əməkdaşlıq təklif edib. Belə ki, Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev bu yaxınlarda Tehrana səfəri zamanı dünya bazarına neft və qaz ixracı üçün Azərbaycanın infrastrukturundan istifadə etməyi təklif edib. “İran öz neftinin ixracı üçün Azərbaycanın infrastrukturundan, əsasən Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə edə bilər. Gələcəkdə İran Transanadolu boru kəməri layihəsinə də qoşula bilər”, - Ş.Mustafayev bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1347 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...