Aviasiya Xidmətinin keçmiş rəisi Saakaşvili məhkəməyə verildi

Aviasiya Xidmətinin keçmiş rəisi Saakaşvili məhkəməyə verildi


Ukrayna Dövlət Aviasiya Xidmətinin keçmiş sədri Denis Antonyuk Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib. Axar.az xəbər verir ki, Antonyuk bu barədə özünün "Feysbuk" hesabında yazıb. O, Saakaşvilinin onun nüfuzuna xələl gətirdiyini bildirib və 1 milyon qrivna (48 min 600 manat) tələb edib. Antonyuk, həmçinin Saakaşvilinin hərəkətlərinin qanunsuz olduğunu bildirib: “Saakaşvilinin, komissiyanın üzvü olmadığına görə 26 iyunda keçirilən iclasda iştirak etmək hüququ yox idi”.

Qeyd edək ki, iyunun 26-da Saakaşvili Dövlət Aviasiya Xidmətinin komissiyaları ilə iclas keçirib. İclas zamanı Saakaşvili xidmət rəisini konkret şəxslərdən pul almaqda və oliqarxların maraqlarına işləməkdə ittiham edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1226 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...