İran İŞİD-i təhdid etdi - "Yox edərik"


İranın silahlı qüvvələrinin baş qərargah rəisi general Həsən Firuzabadi İŞİD-in ölkə sərhədlərinə 40 kilometr yaxınlaşacağı təqdirdə təşkilatı yox etməyə qərarlı olduqlarını açıqlayıb. Avropa.info xəbər verir ki, general Həsən Firuzabadi İŞİD-in İran sərhədlərinə yaxınlaşmağa cəsarət edə bilməyəcəyini, əks təqdirdə onlara qarşılıq veriləcəyini bildirib.

Bir neçə gün əvvəl də İran Daxili İşlər naziri Abdulrıza Rəhmani Fazli İŞİD-in İran sərhədlərinə 50 kilometr məsafə olduğunu, təşkilatın sərhədə yaxınlaşacağı təqdirdə müdaxilə edəcəklərini və məsələylə bağlı İraq hökumətini də xəbərdar etdiklərini söyləmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...