Putinin dostu: “Rus insanının azadlığı yoxdur”
Məşhur rusiyalı rejissor, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu Nikita Mixalkov hesab edir ki, rus insanının azadlığı yoxdur.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, N.Mixalkov bu barədə özünün yaxın vaxtlarda çapdan çıxmış “Mənim sevgimin ərazisi” adlı avtobioqrafik əsərində yazıb.
N.Mixalkov həmin əsərdə özünün məşhur əcdadları, həyatda gördüyü qohumları, ailəsi, dostları, həmkarları və təbii ki, çəkdiyi və oynadığı filmlər haqda danışır.
N.Mixalkov yazır: “Nə vaxt güc tətbiq etməyin, nə vaxt həvəsləndirməyin və dəstəkləməyin lazım olduğunu anlamaq rusdan ötrü çox vacibdir. Rus insanı belə yaradılıb. Bizdə azadlıq yoxdur, bizdə sadəcə istək və iradə olur. Bunlar isə tamam ayrı-ayrı şeylərdir. Ona görə də qamçı ilə kökənin bir-birini əvəzləməsi rusdan ötrü inanılmaz dərəcədə əhəmiyyətli və vacib məsələdir. Lakin bundan daha vacibi onlardan hansını nə vaxt tətbiq etməyi hiss etməkdir”.
Məşhur rejissor bildirir ki, o, heç vaxt dissident olmayıb: “Mən ümumiyyətlə “yox”un ətrafındakı birlikləri, burada birləşməyi sevmirəm. Bu - dağıdıcılıqdır. Mən “hə”nin ətrafında yaranan birlikləri sevirəm”.[right][/right]
1256 dəfə oxundu