Səngərdə vurulan erməni əsgəri xəstəxanda öldü

Səngərdə vurulan erməni əsgəri xəstəxanda öldü


Mayın 2-də Xankəndi xəstəxanasında müalicə olunan yaralı erməni əsgəri ölüb. Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, 20 yaşlı Sarkis Qasparyan 29 aprel saat 22 radələrində Ağdərə istiqamətində güllə yarası alıbmış. O, yaralı yoldaşını döyüş mövqeyindən çıxartmaq istərkən özü hədəfə tuş gəlib.

Məlumatda deyilir ki, Xankəndidəki “Mesrop Maştots” universitetinin ikinci kurs tələbəsi olan S.Qasparyan Şuşada doğulubmuş.
Azərbaycan ərazilərində qanunsuz məskunlaşan ermənilər beləcə itki verməkdə davam edirlər. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi düşmənin yaşayış məntəqələrimizi atəşə tutmasına cavab olaraq ermənilərin döyüş mövqelərinə cavab zərbələri endirildiyini, bu zaman yüksək çinli zabitlərin məhv edildiyi, həmçinin düşmən qüvvələri arasında yaralıların olduğu barədə xəbər yaysa da, qarşı tərəf yaralıları gizlətmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...