PKK-dan xain hücum: Türkiyə üç şəhid verdi

PKK-dan xain hücum:


Tunceli-Əlazığ yolunda hərbi maşınların keçidi sırasında partlayış olub. Terroristlər tərəfindən yola yerləşdirilən bombanın partlamasından sonra 3 əsgər şəhid olub.

PİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Tunceli-Əlazığ yolunun 25 km-də yerləşən Göytəpə kəndinin Almalıq hissəsində saat 10:15 radələrində baş verib. Qeyd edilir ki, terroristlər bombanı hərbi maşınların keçidi sırasında partladıb.

Partlayış zamanı 3 türk əsgərinin şəhid olduğu bildirilir. Daha sonra hadisə yerinə çoxlu sayda tibbi yardım maşınları gəlsə də, yaralıların olub-olmadığı bəlli deyil. Xüsusi zirehli maşınların köməyi ilə ərazidə əməliyyat aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...