Lavrovun kritik İrəvan səfəri başlayır

Lavrovun kritik İrəvan səfəri başlayır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrəvana səfər edəcək.

AzVision.az xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in rəsmi saytında yerləşdirilib.

İki gün davam edəcək səfər çərçivəsində Lavrovun Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü planlaşdırılır.

“Danışıqlar zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq gündəmdə olan məsələləri müzakirə edəcəklər. Görüşdə xüsusi diqqət bu yaxınlarda gərginliyin müşahidə olunduğu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə ayrılacaq”, - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...