Xarici ticarət əməliyyatları 37,98 faiz azalıb

Xarici ticarət əməliyyatları 37,98 faiz azalıb


Gomruk-22016-cı ilin ilk üç ayında xarici ticarət əməliyyatları 37,98 faiz azalıb. Rüblük hesabatda belə deyilir.

Transparency.az bildirir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, 2015-ci ilin ilk üç ayı ilə müqayisədə idxal əməliyyatlarında 24,90 faiz, ixrac əməliyyatlarında 47,38 faiz geriləmə qeydə alınıb. 2016-cı ilin ilk rübündə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 416,9 milyon manat daxil olub.

Hesabata əsasən, 140 ölkə ilə ticarət əməliyyatları aparılıb. Xarici iqtisadi fəaliyyət iştirakçılarının ümumi sayı 4965-dir. Bunun 2284-ü fiziki şəxslər, 2681-i hüquqi şəxslərdir. 138 xarici iqtisadi fəaliyyət iştirakçısı dövlət sektorunu, 2543-ü özəl sektoru təmsil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...