Batumidən Azərbaycana dəstək bəyanatı

Batumidən Azərbaycana dəstək bəyanatı


Acarıstan Muxtar Respublikasının Batumi şəhərində fəaliyyət göstərən “Acariya Gürcü-Azərbaycan Xeyriyyətçilik Cəmiyyəti” Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb.

Cəmiyyətdən Lent.az-a daxil olan bəyanatda qeyd edilir: “Son illərdə Ermənistan tərəfindən Azərbaycan hərbçilərinin və mülki əhalisinin öldürülməsi ilə müşayiət olunan zorakılıq və hərbi təxribatlar mütəmadi hal alıb. Münaqişənin və artan gərginliyin əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmasıdır. Gürcüstan azərbaycanlıları Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları qəti şəkildə pisləyir və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir”.

“Acariya Gürcü- Azərbaycan Xeyriyyətçilik Cəmiyyəti” hərbi təxribatlar zamanı düşmənlə döyüşdə həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, Gürcüstan azərbaycanlıları Azərbaycan prezidentinin işğal altındakı torpaqlarımızı azad etməsi ilə bağlı bütün qəraralarını dəstəkləyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...