​Rusiya neft-qaz gəlirlərinin 1/3-ni itirib

​Rusiya neft-qaz gəlirlərinin 1/3-ni itirib


Rusiyanın neft-qaz gəlirlərindən büdcəyə daxiloalmalar 2016-cı ilin yanvar-fevral aylarında keçən ilin analoji dövrü ilə müqayisədə 32% azalaraq 687,68 mlrd. rubl və ya 9 mlrd. dollar təşkil edib.

"Report" Rusiya Hesablama Palatasının məruzəsinə istinadən xəbər verir ki, 2015-ci il yanvar-fevral aylarında ölkənin neft-qaz gəlirləri 1,05 trln. rubl və ya 16 mlrd. dollar təşkil edib. Qeyd edək ki, dollar ekvivalentində olan daxilolmalar hesabat dövrünün orta USD/RUB məzənnəsi nəzərə alınaraq hesablanıb. Nəticədə, dollar ekvivalentində daxilolmalarda 44%-ə yaxın azalma qeydə alınıb. 2016-cı ilin yanvar-fevral aylarında büdcə gəlirləri 1,84 trln. rubl və ya 23,6 mlrd. dollar təşkil edib ki, bunun da 37,3%-ni neft-qaz gəlirləri təşkil edib. 2015-ci ilin analoji dövründə isə neft-qaz gəlirlərinin büdcədə payı 45,9% təşkil edib. Qeyd etmək lazımdır ki, neft qiymətləri 2015-ci il yanvar-fevral aylarında orta qiymətlə 54 dollar/barel, 2016-cı ilin müvafiq dövründə isə 33 dollar/barel təşkil edib.

"Report"un analitik qrupu hesab edir ki, neft-qaz gəlirlərinin azalması USD/RUB məzənnəsində öz əksini tapacaq. Neft qiymətlərinin 50 dollar/barelə yüksəlməsi halında dolların 64 rubla qədər geriləməsi proqnozlaşdırılır. Rublun daha çox möhkəmlənməsi ehtimalının az olması qonşu ölkələr, o cümlədən manatın da dollarla müqayisədə möhkəmlənməsini məhdudlaşdıracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...