Türk nazir Belçika terrorundan son anda xilas olub

Türk nazir Belçika terrorundan son anda xilas olub


Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçinin Belçikanın paytaxtı Brüsseldə baş vermiş terror aktından son anda xilas olduğu məlum olub. ANS PRESS-in məlumatına görə, bu barədə nazir Tüfenkçi özü məlumat verib.

Dünən səhər nazir Bülent Tüfenkçi Avropa İttifaqı nazirlərinin iclasında iştirak etmək üçün təyyarə ilə Belçikanın paytaxtı Brüsselə getməli idi.


“Əslində mən də səhər Brüsselə uçmalı idim. Saat 11. radələrində orda ola bilərdim. Son anda xilas olduq. Deməli hər şeydə bir xeyir var.” – deyə nazir parlamentdəki AKP qrupunda Büresseldə baş verənləri şərh edərkən deyib.

Ticarət və gömrük naziri Bülent Tüfenkçinin Belçikaya nəzərdə tutulan səfəri bu şəhərdə PKK terrorçularının qurduğu nümayiş çadırına rəsmi Brüsselin reaksiya verməməsi səbəbindən nazirlər kabinetində aparılan müzakirələrdən sonra ləğv olunmuşdu. Dünən səhər Belçikanın paytaxtı Brüsseldə 34 nəfərin ölümü, 136 nəfərin yaralanması ilə nəticələnən silsilə terror hadisələri baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...