Rusiya Suriyadan çəkildi, Latviyada kəşfiyyata başladı

Rusiya Suriyadan çəkildi, Latviyada kəşfiyyata başladı


Rusiya prezidenti Vladimir Putinin Suriyadan hərbi qüvvələri geri çəkmək barədə qəfil qərarı ilə eyni vaxtda Latviya yaxınlığında kəşfiyyat xarakterli reydlər başlayıb.

Virtualaz.org xəbər verir ki, martın 19-da səhər saatlarında Rusiyanın İl-20 kəşfiyyat təyyarəsi Baltik dənizi üzərində, Latviyanın dəniz sərhədləri boyu uçuş keçirərkən qeydə alınıb. Latviyanın hava məkanında patrul uçuşları keçirən NATO təyyarələrinin Rusiya kəşfiyyatçısının neytral sular üzərində, ancaq Baltik ölkəsinin sərhədlərinə çox yaxın uçduğunu qeydə aldıqları bildirilir.

Habelə martın 15-də Latviyanın silahlı qüvvələrinin komandanlığı iki Rusiya hərbi gəmisinin və bir sualtı qayığın ölkənin dəniz sərhədləri yaxınlığında qeydə alındığını açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
950 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...