Kəşfiyyat mənbələri: Rusiya Xəzərdən Suriyaya atəş aça bilər
Rusiyanın Suriyada İŞİD-ə qarşı keçirdiyi hava əməliyyatlarını dayandırması və qoşunlarının bu ölkədən çıxarılması barədə qərar verməsi beynəlxalq dairələrin və ekspert çevrələrinin müzakirə mövzusudur. Rusiya prezidenti Vladimir Putinin şok qərarı Kremllə Tehranın münasibətlərində dərin siyasi fikir ayrılığına gətirib çıxarıb.
Modern.az saytının İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “DEBKAfile” portalına istinadən verdiyi xəbərə görə, Putinin addımını Rusiyanın Suriyada bütün hərbi dayaqlarını geri çəkmək kimi xarakterizə etmək düzgün deyil. Kremlin Tartus dəniz limanı və Latakiyanın kənarında Hmeynim aviabazasında hərbi mövcudluğunu saxlaması belə deməyə əsas verir. Kəşfiyyat çevrələrinin “DEBKAfile”a verdiyi məlumata görə, Suriyada Bəşər Əsəd rejiminə ciddi təhlükə yaranarsa, vəziyyət gərginləşərsə, Rusiya yenidən əməliyyatlarda iştirak edə bilər.
“Əsəd rejimi təhlükəli situasiya ilə üzləşərsə, bu zaman Rusiya hərbi gəmiləri Xəzər və Aralıq dənizlərindən istifadə edib məsafədən döyüşlərə müdaxilə edə bilər”,-deyə sayt yazıb.
928 dəfə oxundu