İŞİD-in "müdafiə naziri" öldü

İŞİD-in "müdafiə naziri" öldü


ŞİD terror qruplaşmasının “müdafiə naziri” Əbu Umar Əş-Şişaninin ölüm xəbəri təsdiqlənib. AzVision.az-ın xəbərinə görə, bu barədə məlumatı CNN-ə iki amerikalı məmur təsdiq edib. Bildirilib ki, Əş-Şişani ABŞ-ın ötən həftə endirdiyi hava zərbəsi nəticəsində ağır yaralanıb. Nəticədə o, bir neçə gün koma vəziyyətində olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək olmayıb.

Suriya İnsan Haqları təşkilatının direktoru Rami Abdulrahman deyib ki, ağır yaralanan Əbu Umar Əş-Şişani nəfəs ala bilmədiyi üçün bir neçə gün süni nəfəs aparatına qoşulub: “ Lakin kliniki ölüm keçirdikdən sonra o, keçinib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...