Yeraltı dünyanın ən böyük döyüşü başladı

Yeraltı dünyanın ən böyük döyüşü başladı


Yaponiyanın ən böyük mafiya ailəsi Yamaguchi-gumidə üsyan baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin ən böyük mafiya ailəsi sayılan Yamaguchi-gumidəki bir qrup ötən aylarda təşkilatın lideri Şinobu Tsukasayaya qarşı çıxaraq öz şəbəkələrini qurub.

Səlahiyyətlilər təxminən 23 min üzvü olan ailədən ayrılanların sayının 3 minə yaxın olduğunu bildirirlər. Qruplar arasındakı qarşıdurmanın mafiya döyüşünə çevrilə biləcəyindən narahat olan yapon polisi bu həftənin əvvəlində qrup yaradıb. Təhlükəsizlik gücləri “Kobe Yamaguchi-gumi” adlı üsyançı qrupa qarşı keçirilən əməliyyatın gedişatında bazar dəyəri 63 milyon dollar olan narkotik maddə ələ keçirib. Hadisə ilə əlaqədar 5 mafiya üzvü həbs olunub. Polis qrupun mərkəzi ofisinə basqın təşkil edib.

Mafiya üzvləri son olaraq “Kobe Yamaguchi-gumi” qrupunun Mito şəhərindəki ofisinə hücum ediblər. Silahlı hücumların son dərəcə nadir rast gəlindiyi Yaponiyada mafiya ailələri arasında ən son döyüş 1980-ci illərdə baş verib.

Polis bu vaxta kimi bir neçə mafiya üzvünün öldürüldüyünü, bunun qarşısı alınmayacağı halda hadisələrin faciəvi miqyasa çata biləcəyini qeyd edirlər.

“Yamaguchi-gumi” ailəsindən ayrılaraq öz qrupunu quran Kunio İnoue daha əvvəl ailənin “Yamaken-gumi” adlanan fraksiyasının başında olub. Polis səlahiyyətliləri hadisələrin miqyasının genişlənməməsi üçün martın 22-də Kunio İnoue ilə toplantı keçirəcək.

1915-ci ildə qurulan “Yamaguchi-gumi” mafiya ailəsi Yaponiyada “yeraltı dünya”nın ən böyük təşkilatı sayılır. Ailə qumar, narkotik, fahişəlik, şantaj və xərac kimi bir çox qeyri-qanuni fəaliyyətlə məşğul olur. “Yamaguchi-gumi” dünyanın ən zəngin mafiya təşkilatı kimi tanınır. ABŞ-ın “Fortune” jurnalına görə, təşkilatın 2014-cü ildəki gəliri 80 milyard dollardan çox olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...