Netanyahu: “Başınız xarab olub?”

Netanyahu: “Başınız xarab olub?”


İsrailin Baş naziri Binyamin Netanyahu Körfəz Əməkdaşlıq Şurasının Hizbullahı terror təşkilatı elan etməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, yəhudi baş nazir qərarı “Möcüzəvi hadisə” adlandırıb. “Ərəb dünyasında dəyişmə yaşanır. Yaxın Şərqdə əksər ölkələr İran və İŞİD-ə qarşı döyüşdə yanımızdadır”, - baş nazir qeyd edib. Ərəb ölkələrinin qərarını alqışlayan Netanyahu qərara qarşı çıxan Knessetdəki (İsrail parlamenti-red) ərəb deputatları tənqid edib: “Hizbullah kəndlərinizə raket tuşlayanda müdafiə edə biləcəksinizmi? Hizbullah tökülən qanın kimin qanı olduğunu ayırırmı? Hizbullah ölkəmizi dağıtmaq istəyir və siz bu ölkədə yaşayırsınız. İfadəmə görə üzr istəyirəm, başınız xarab olub?”.

Xatırladaq ki, Knessetdə 13 ərəb deputat Hizbullahın terror yəşkilatı elan edilməsi ilə bağlı çıxarılan qərara etiraz edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...