Obamadan savaş mesajı: “Məhv edərik”

Obamadan savaş mesajı: “Məhv edərik”

“Lazım gələrsə, ABŞ İrandakı C-300 raketdən müdafiə komplekslərini sıradan çıxara bilər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Barak Obama çıxış edib. Onun sözlərinə görə, ABŞ Rusiyanın İrana bu tip raketlər satmasının əleyhinədir:

“Rusiya ilə İran arasında C-300-lərlə bağlı müqavilə altı ildir ki, təxirə salınıb. Biz əvvəlki kimi buna qarşı çıxış edirik. Üstəlik, hələ nüvə proqramı ilə bağlı danışıqlar da gedir. Lakin biz gələcəkdə baş verə biləcək istənilən amili nəzərə alırıq. Bizim müdafiə büdcəmiz 600 milyard dollardan bir az çoxdur, amma İranda bu rəqəm 17 milyard dollardır. Onlar əlavə bir neçə zenit raket kompleksi əldə edə bilərlər, amma biz gərəkdiyi an bu kompleksləri məhv etmək imkanına sahibik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1694 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...