Qadın tapança ilə “selfi” çəkdirən zamanı başına atəş açıb

Qadın tapança ilə “selfi” çəkdirən zamanı başına atəş açıb

Silahla şəkil çəkdirmək istəyən gənc qadın tapançadan açılan təsadüfi atəşdən ağır yara alıb. Trend-in “İnterfaks”-a istinadən verdiyi məlumata əsasən, bu barədə Moskva polisinin mətbuat xidmətindən xəbər verilib.

Hadisə dünən axşam Yesenin bulvarında yerləşən ofislərin birində baş verib. Ofisin 21 yaşlı əməkdaşı mühafizəçinin işdə qoyub getdiyi 9 mm çaplı travmatik tapança ilə şəkil çəkdirmək istəyib. “Selfi” zamanı qadın tətiyə basıb və sağ gicgahına yaxından atəş açıb. O, “təcili yardım” həkimləri tərəfindən aşkar edilib və dərhal xəstəxanaya aparılıb.

Baş vermiş hadisə ilə bağlı yoxlama aparılır, cinayət işinin açılması məsələsinə baxılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...