Ruhani: “Heç kim Azərbaycanın hissləri ilə oynaya bilməz”
“Traxtor Sazi” yalnız Azərbaycan və Təbrizin yox, bütün İran xalqının komandasıdır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Həsən Ruhani çıxış edib.
Təbrizə səfər edən Ruhani İran çempionatının sonuncu turunda “Traxtor Sazi” ilə “Naft Tehran” matçında baş verən hadisələrlə bağlı açıqlama verib:
“Traxtor Sazi” yalnız Azərbaycan və Təbrizin yox, bütün İran xalqının komandasıdır. Hamımız bu klubu çempion olaraq görmək istəyirik. Heç kim uca İran xalqının, qəhrəman Azərbaycan və Təbriz xalqının hissləri ilə oynaya bilməz. Bu hadisədə günahkar varsa, heç şübhəniz olmasın ki, hökumət onu cəzalandırmaqda tərəddüd etməyəcək”.
Qeyd edək ki, futbol üzrə İran çempionatının sonuncu turunda Təbrizin “Traxtor Sazi” klubu öz evində “Naft Tehran”la qarşılaşıb. Matçın son 15 dəqiqəsinə qədər oyun 3:1 hesabı ilə təbrizlilərin xeyrinə davam edib. Lakin qonaq komanda vurduğu 2 qolla hesabı bərabərləşdirməyə nail olub. Elə bu an stadionda paralel keçən görüşdə “Sepahan” komandasının oyununun 2:2 hesabıyla bitirdiyi anons edilib. Bu bərabərlik də təbrizlilərin çempion olmasına yetirdi. Lakin sonradan məlum olub ki, “Sepahan” rəqibini 2:0 hesabı ilə məğlub edib və çempion olub.
- See more at: http://axar.az/news/52898#sthash.ZcLW4gm0.dpuf
1541 dəfə oxundu