Ərdoğan Azərbaycan prezidentinə başsağlığı verib

Ərdoğan Azərbaycan prezidentinə başsağlığı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısına başsağlığı verib. APA-nın məlumatına görə, Ərdoğanın məktubunda deyilir:

“Hörmətli prezident, əziz qardaşım, Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.

Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın. Sizə ən səmimi salamlarımı çatdırıram”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1460 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...