Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşır

Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşır
Böyük Britaniya yeni silah zavodları tikir, Rusiya ilə mümkün müharibəyə hazırlaşır.

Gundeminfo.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

Onun sözlərinə görə, ölkə öz hərbi-sənaye kompleksini inkişaf etdirir və gələcək qarşıdurmaya hazırdır:

“Bu, həmçinin Moskvaya mesajdır. Hökumət altı yeni silah zavodunun tikintisi üçün 1,5 milyard funt-sterlinq ayıracaq”.

Hili əlavə edib ki, yaxın vaxtlarda dərc olunacaq Britaniyanın müdafiə strategiyası sənədi ölkə üçün “yeni təhdidlər dövrünü” təsvir edəcək.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığı bəlli olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
102 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...