Tramp Baydenin tezliklə sağalmasını arzulayıb

Tramp Baydenin tezliklə sağalmasını arzulayıb
ABŞ Prezidenti Donald Tramp prostat xərçəng xəstəliyi diaqnozu qoyulan sələfi Cozef Baydenin tezliklə sağalmasını arzulayıb.

“Report” xəbər verir ki, o, bununla bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

"Melaniya və mən Cozef Baydenə bu yaxınlarda qoyularn tibbi diaqnozdan kədərlənirik. Biz keçmiş prezidentin həyat yoldaşı Cillə və ailəsinə ən səmimi arzularımızı çatdırırıq, Coya tez və uğurlu sağalma arzulayırıq", - Tramp yazıb.

Qeyd edək ki, Baydenin nümayəndələri ABŞ-nin 46-cı prezidentinə prostat xərçəng xəstəliyinin ağır forması diaqnozu qoyulduğunu bildirən açıqlama veriblər. Onların fikrincə, xərçəng hormonal terapiyaya reaksiya verir, bu da onu effektiv şəkildə idarə etməyə imkan verir.

ABŞ administrasiyasının keçmiş rəhbərinin 82 yaşı var. O, 2023-cü ilin martında dərisindəki bədxassəli şişi aradan qaldırmaq üçün cərrahi əməliyyat edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...