Tramp: Çinlə bu şərtlə sövdələşməyə hazıram

Tramp: Çinlə bu şərtlə sövdələşməyə hazıram
ABŞ Prezidenti Donald Tramp Çinlə yalnız Amerika tərəfindəki ticarət kəsirinin aradan qaldırılması şərti ilə sövdələşməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Tramp Floridadan Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Çinə görə biz ildə yüz milyardlarla dollar itiririk. Və bu problemi həll etməsək, sövdələşməyə hazırlaşmayacağam. Mən sövdələşməyə hazıram, amma izafi problemi həll etməli olacaqlar. Çin indi çox zərər çəkir, çünki hamı bizim haqlı olduğumuzu bilir”, - o bildirib.

Qeyd edək ki, Çinin Dövlət Şurası Trampın tarif siyasətinə cavab olaraq ABŞ-dan idxal edilən mallara 34 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...