Adnan Oktarın 1 milyard dollarlıq sərvəti müsadirə olundu

Adnan Oktarın 1 milyard dollarlıq sərvəti müsadirə olundu
Türkiyədə azadlıqdan məhrum edilən saxta din adamı Adnan Oktarın sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı bildirilir.

Gundeminfo.az lent.az-a istinadən xəbər verir ki, məhkəmə Oktarın işi ilə bağlı apellyasiya şikayətini iyul ayında başa çatdırıb.

O cinayətkar qruplaşma yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil və təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə maddələrinə görə 8463 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Əldə olunan məlumata görə, məhkəmə prosesinin yekunlaşmasından sonra Adnan Oktarın 200 milyon dollar maddi və əmlakı da daxil olmaqla ümumilikdə 1 milyard dollara yaxın sərvəti müsadirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...