Ukrayna daha bir vilayətə hücum edir: təxliyə başladı

Ukrayna daha bir vilayətə hücum edir:

Bu gün səhər saatlarından Belqorod vilayətinin Krasnoyaruzsk rayonunda sakinlərin təxliyəsinə başlanılıb.

Axar.az xəbər verir ki, məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.

“Krasnoyaruzsk rayonu ilə sərhəddə düşmən aktivləşib. Biz əhalinin həyatını və sağlamlığını qorumaq üçün Krasnoyaruzsk rayonunda yaşayan insanları təhlükəsiz yerlərə köçürməyə başlayırıq”, - o bildirib.

Qladkov neçə nəfərin təxliyə ediləcəyini və hara aparılacağını dəqiqləşdirməyib.

Krasnoyaruzsk rayonu Ukrayna hərbçilərinin avqustun 6-da daxil olduğu qonşu Kursk vilayətinin Suca şəhərindən təxminən 45 kilometr aralıda yerləşir. Qərb tərəfdən Ukrayna sərhədinə, şimal tərəfdən isə Kursk vilayətinin Belovski rayonuna bitişikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
269 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...