"İsraili Haniyənin öldürülməsinə görə peşman edəcəyik" - İran prezidenti

 "İsraili Haniyənin öldürülməsinə görə peşman edəcəyik" -

Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda vəfatından sonra İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkə öz suverenliyini müdafiə edəcək və "terrorçu işğalçılar”ı öz əməllərindən peşman edəcək.

Qaynarinfo xəbər verir ki, İran lideri bu barədə X (keçmiş Twitter) səhifəsində yazıb.

"İran İslam Respublikası öz ərazi bütövlüyünü və ləyaqətini müdafiə edəcək və terrorçu işğalçıları qorxaq hərəkətlərinə görə peşman edəcək", deyə Pezeşkian bəyanatında bildirib.

İran prezidenti vurğulayıb ki, "İran və Fələstin xalqı arasında bağ, müqavimətə dəstək əvvəlkindən daha güclü olacaq”. "Dünən mən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməli olacağam”, - deyə o, dünən HƏMAS lideri və İran prezidentinin əllərini havaya qaldıraraq dayandıqları andiçmə mərasiminə işarə edərək əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
389 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...