Kanadalıların əksəriyyəti Trüdonun istefasını istəyir

Kanadalıların əksəriyyəti Trüdonun istefasını istəyir
Ölkə sakinlərinin 68 %-i Kanadanın Baş naziri Castin Trüdonu bu postda görmək istəmir.

“Report” xəbər verir ki, bu barədə “Ipsos” tədqiqat şirkətinin sifarişi ilə sosioloji sorğu keçirən “Global News” telekanalı məlumat yayıb.

Bildirilib ki, respondentlərin 68 %-i baş nazir və Kanadanın hakim Liberal Partiyasının liderinin istefasını istəyir.

Hökumət başçısına ən az etimad göstərən ölkənin qərbi Alberta (79 %) və Atlantik regionlarıdır (76 %).

Hazırda respondentlərin 42 %-i müxalif Kanada Mühafizəkarlar Partiyasına, yalnız 24 %-i isə liberallara səs verməyə hazırdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...