Ukrayna məğlub olsa, rus ordusunu Polşa ilə sərhədimizdə görəcəyik – Almaniyalı nazir

Musavat.com xəbər verir ki, o, bunu o, “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində açıqlayıb.
Nazir bildirib ki, Ukraynanın məğlubiyyəti müharibənin NATO ərazisinə keçməsi deməkdir: “Ukraynaya kömək etməyə davam etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə dayanması riski yaranacaq. O zaman müharibə sürətlə AB və NATO ərazilərinə yayılacaq. Azadlığımızı və müstəqilliyimizi özümüz müdafiə etməli olsaq, nə qədər ödəməli olacağımızı hesablamaq çətindir. Nəhayətdə, bu bir nəticə verir: Ukraynanı dəstəkləmək bizə müharibəni özümüzdən uzaq tutmağa imkan verir”.
Xarici işlər nazir yeni qaçqın axını təhlükəsi barədə də xəbərdarlıq edib: “Əgər Ukrayna artıq özünü müdafiə edə bilməsə - və mən bu sözləri ilk növbədə Kiyevə yardımı rədd edənlərə ünvanlayıram - onda daha milyonlarla insan qaçmağa məcbur olacaq. Axı kim istəyər ki, işgəncə və işğal altında könüllü yaşasın?”.
Berbokun sözlərinə görə, artıq bir milyondan çox ukraynalı Almaniyada sığınacaq tapıb: "Məğlubiyyətin ölümcül nəticələri olacaq - azad Ukrayna və azad Avropa üçün, ona görə də Ukraynaya yardım genişləndirilməlidir". O, yenidən dünyadakı tərəfdaşlarını Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə davam etməyə çağırıb.
622 dəfə oxundu