Fransa Ukraynaya yeni hərbi yardım elan edib

Fransa Ukraynaya yeni hərbi yardım elan edib
Fransa yeni yardım paketi çərçivəsində Ukraynaya hava hücumundan müdafiə üçün yüzlərlə zirehli texnika və “Aster” raketləri təhvil verəcək.

"Report" "Le Monde"yə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.

Nazirin sözlərinə görə, Fransa Ukrayna Silahlı Qüvvələrinə hələ də yaxşı vəziyyətdə olan köhnə zirehli texnikaları təhvil verəcək, lakin onlar Fransa ordusunun tərkibində onları daha yeniləri ilə əvəz etmək niyyətindədirlər.

Lekornu, həmçinin bildirib ki, Fransa Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etmək istəyir, ona görə də İtaliya tərəfindən əvvəllər transfer edilmiş SAMP/T hava hücumundan müdafiə sistemi üçün Aster 30 zenit-raket kompleksinin yeni partiyasını hazırlayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
361 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...