Rusiyada yaşayan taciklərə axşam saatlarında küçəyə çıxmamaq tövsiyyə edilib
Tacik diasporu Rusiyada yaşayan Tacikistan vətəndaşlarına axşamlar evlərini tərk etməməyi tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
"Tacikistan icmalarının rəhbərləri həmvətənlər üçün tövsiyələr hazırlayıblar: kütləvi tədbirlərdə iştirak etməmək və axşam işdən sonra evdən çölə çıxmamaq", deyə məlumatda qeyd edilir.
Bundan əlavə, bir sıra işəgötürənlər öz işçilərindən - Tacikistan vətəndaşlarından cari şəxsi məlumatları təqdim etməyi xahiş ediblər: tam adı, pasport məlumatları və yaşayış yeri haqqında məlumat.
Eyni zamanda, Moskva yaxınlığındakı "Crocus City Holl"da baş verən terror aktından sonra diaspor rəhbərlərinə Tacikistan vətəndaşlarına qarşı qanunsuz hərəkətlərlə bağlı heç bir şikayət daxil olmayıb.
Martın 22-də axşam saatlarında Moskva "Crocus City "Hall konsert zalında terror aktı baş verib. "Piknik" qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Martın 25-də Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"a hücumla bağlı iş üzrə 4 şübhəlini 2 ay müddətinə həbs edib. Onlar Tacikistan vətəndaşıdır.
474 dəfə oxundu