“Yazda Zelenskini devirmək cəhdi ola bilər” – Ukrayna kəşfiyyatı

“Yazda Zelenskini devirmək cəhdi ola bilər” –
“Yazda Ukrayna Prezidenti Volodimir Zelenskini devirmək cəhdi ola bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi yanında Baş Kəşfiyyat İdarəsinin teleqram kanalında məlumat dərc olunub.
““Maydan-3” xüsusi əməliyyatı 2024-cü ilin mart-may aylarında kulminasiya nöqtəsinə çatacaq”, - bəyanatda deyilir.
Komitənin fikrincə, qarşıdakı həftələrdə həm Ukrayna daxilində, həm də dünyanın digər yerlərində münaqişələri qızışdırmaq cəhdləri olacaq və mayın 20-dən sonra Zelenskinin legitimliyi şübhə altına düşə bilər.
Komitə həmçinin iddia edir ki, iyunun birinci yarısına qədər Ukraynadakı vəziyyəti qarışdırmaq, sonra isə ölkənin şərqində Kiyevi hərbi məğlubiyyətə uğratmaq planlaşdırılır.
İddialara görə, əməliyyat hamı ilə, o cümlədən siyasi rəhbərliyin nümayəndələri ilə ziddiyyət təşkil etmək, çaxnaşma salmaq, hərbçilər və mülki şəxslər arasında problem yaratmaq və səfərbərliyi pozmaq məqsədilə həyata keçiriləcək. Bununla əlaqədar olaraq, komitə vətəndaşları və Qərb tərəfdaşlarını hərtərəfli təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...