Rusiya Ukrayana şəhərlərini bombaladı – Ölənlər var

Rusiya Ukrayana şəhərlərini bombaladı –
Bu gün – fevralın 7-də səhər saatlarında Rusiya Silahlı Qüvvələri Kiyev və bir sıra Ukrayna şəhərlərini bombalayıb.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Ukrayna hakimiyyəti Kiyevə endirilən raket zərbələri nəticəsində azı 3 nəfərin ölməsi, 11 nəfərin yaralanması barədə məlumat yayıb.
Rəsmilər ölkənin cənubundakı Nikolaiv şəhərində də bir nəfərin öldürüldüyünü açıqlayıblar.
Qeyd olunub ki, bütün ölkə hava həyəcanı vəziyyətinə gətirilib.
Kiyev meri Vitali Kliçko Rusiyanın vurulan raketinin elektrik xətlərini zədələdiyini və paytaxtda bəzi evlərin işıqsız qaldığını bildirib.
Ukraynanın baş komandanı Valeri Zalujnı deyib ki, Rusiya ordusu tərəfindən 64 raket və pilotsuz uçuş aparatı atılıb, onlardan 44-ü zərərsizləşdirilib.
Bildirilir ki, Xarkovda da partlayış səsləri eşidilib, hərbi hakimiyyət orqanları infrastruktura müəyyən ziyan dəydiyini qeyd ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...