Səudiyyə Ərəbistanında ilk spirtli içki mağazası açılacaq

Səudiyyə Ərəbistanında ilk spirtli içki mağazası açılacaq
Səudiyyə Ərəbistanında alkoqollu içkilərin satıldığı ilk mağazanın açılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Paytaxt Ər-Riyaddakı mağaza yalnız müsəlman olmayan diplomatlara xidmət göstərəcək: "Mağazaya baş çəkmək üçün diplomatlar xüsusi ərizədə qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər".

Qeyd edək ki, Səudiyyə Ərəbistanında həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır. Qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
532 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...