Putinə BÖYÜK ŞOK: "Bu, biabırçı və utancvericidir..." - FOTO

Putinə BÖYÜK ŞOK:
Ukrayna ordusu Rusiyanın strateji təyyarələrindən biri olan A-50-nin Azov dənizi üzərində vurulduğunu açıqlayıb. Ekspertlər bu hadisənin Rusiya üçün biabırçı itki olduğunu bildirirlər.

Musavat.com xəbər verir ki, Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı açıqlamasında Rusiyaya məxsus A-50 uzaqmənzilli radar aşkarlama və “İL-22” tipli komanda-nəzarət təyyarəsinin məhv edildiyini təsdiqləyib.

İngiltərə kəşfiyyatının məlumatına görə, Rusiyanın 6 ədəd A-50-yə malik olduğu düşünülür. Bu təyyarələrin tikintisi yüz milyonlarla dollara başa gəlir.

Hücumla bağlı Rusiya rəsmilərindən hələlik heç bir açıqlama verilməyib, lakin hərbi analitiklər A-50-nin itirilməsinin Hərbi Hava Qüvvələri üçün böyük zərbə olduğunu bildirirlər. Məşhur hərbi kanal olan Rybar yazıb ki, məlumat təsdiqlənərsə, bu, “Rusiya Hərbi Hava Qüvvələri üçün daha bir qaranlıq gün olacaq”.

BBC-yə danışan “Rusi” müdafiə araşdırma mərkəzinin hava müharibəsi üzrə eksperti Castin Bronk A-50-ləri “əsas müşahidə platforması” kimi xarakterizə edib və bunun Rusiya ordusu üçün utancverici itki olduğunu bildirib.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardner Ukraynanın son vaxtlar Rusiya qüvvələrinə qarşı əhəmiyyətli irəliləyiş əldə etməkdə çətinlik çəkdiyinə diqqət çəkərək, bu inkişafın "çox pis xəbərlər arasında bir az yaxşı xəbər" olduğunu qeyd edib.


Putinə BÖYÜK ŞOK:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...