Putin Şimali Koreyaya gedəcək

Putin Şimali Koreyaya gedəcək
Rusiya Prezidenti Vladimir Putin yaxın gələcəkdə Şimali Koreyaya gedə bilər.

“Report” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfərin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.

D.Peskov söyləyib ki, Rusiya Şimali Koreya ilə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirmək niyyətindədir.

Kreml rəsmisi həmçinin Rusiya və Şimali Koreya xarici işlər nazirləri arasında görüşün məhsuldar keçəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xin Rusiyada səfərdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
379 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...