Türkiyə Belarusla daha sıx əlaqələr quracaq – Qərbi qıcıqlandıran AÇIQLAMA

Türkiyə Belarusla daha sıx əlaqələr quracaq –
Belarus və Türkiyə siyasi dialoqu inkişaf etdirməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynikin Türkiyənin Minskdəki fövqəladə və səlahiyyətli səfiri Mustafa Özcan ilə diplomatik fəaliyyətinin başa çatması ilə bağlı görüşündə bildirilib.

“Görüş zamanı ikitərəfli gündəlikdəki cari məsələlər müzakirə olunub. Həmsöhbətlər siyasi dialoqu inkişaf etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər, ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasını qeyd ediblər, ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün gələcək addımları qeyd ediblər”, – Belarus XİN-in mətbuat xidməti xəbər verir.

Yada salaq ki, Qərb dövlətlərinin Belarusa qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Minsklə Ankara arasında siyasi və iqtisadi əlaqələr kəsilməyib. 2023-cü ilin payızında tərəflər iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasını keçirib. Sergey Aleynik bildirib ki, hər iki ölkənin biznes dairələri arasında sabit əlaqələr qorunur, işgüzar qarşılıqlı fəaliyyətin təkcə hökumətlərarası və idarələrarası səviyyədə deyil, həm də regionlararası əməkdaşlıq səviyyəsində daha da inkişafı üçün yaxşı zəmin mövcuddur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
457 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...