Türkiyə Ukraynaya bağışlanan gəmilərin boğazlardan keçişinə icazə verməyəcək – Rəsmi

  Türkiyə Ukraynaya bağışlanan gəmilərin boğazlardan keçişinə icazə verməyəcək –
“Bəzi mətbuat orqanlarında “Birləşmiş Krallığın Ukraynaya bağışladığı minatəmizləyən gəmilərin Türkiyə boğazlarından Qara dənizə keçməsinə icazə verilib” iddiası həqiqətə uyğun deyil”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin kommunikasiyalar müdiriyyətinin tabeliyində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzinin Tvitterdə paylaşdığı postda deyilir.
“Türkiyə Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatını dərhal “müharibə” kimi qiymətləndirib və Montrö Boğazları Konvensiyasının 19-cu maddəsinə uyğun olaraq Boğazları döyüşən tərəflərin (Rusiya və Ukrayna) hərbi gəmiləri üçün bağlayıb.
1936-cı ildən bəri Montrö Konvensiyasını qərəzsiz və diqqətlə həyata keçirən Türkiyə Qara dənizdə gərginliyin artmasının qarşısını almaq üçün bu müharibə boyu sarsılmaz qətiyyətini və prinsipial mövqeyini qoruyub saxlayır.
Müvafiq müttəfiqlərimizə məlumat verilib ki, Böyük Britaniya tərəfindən Ukraynaya bağışlanan minatəmizləyən gəmilər müharibə davam etdiyi müddətdə Türkiyə boğazlarından Qara dənizə buraxılmayacaq”, - məlumatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...