Braziliya Putinin ölkəyə səfəri zamanı onu həbs edəcəkmi? – XİN rəhbəri
Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib ki, ölkə Roma Əsasnaməsini imzalasa da, Rusiya prezidenti Vladimir Putini həbs etməyəcək.
Tribunainfo.az xəbər verir ki, BBC-nin Braziliya xidmətinə verdiyi şərhdə o, Rusiyanın G20-nin üzvü olduğu üçün Putinin 2024-cü ildə Braziliyada keçiriləcək təşkilatın sammitinə dəvət edildiyini bildirib.
“Biz bunu ayrı-ayrılıqda nəzərdən keçirməliyik. Həmişə, hətta Beynəlxalq Cinayət Məhkəməsinin qaydalarında dövlət başçıları üçün ayrıca rejim var ki, biz onu öyrənməliyik. Əgər o (Putin – red.) gəlmək istəsə, biz onu Braziliyadakı görüşlərdə görməkdən çox şad olarıq”, – deyə nazir əlavə edib.
Bundan əlavə, Putinin Braziliyaya gələcəyi təqdirdə həbs olunma ehtimalının olub-olmaması ilə bağlı şərh verməsi xahiş olunub.
“Bilmirəm. Bunun mümkün olduğunu düşünmürəm. Mən də ümid edirəm ki, belə olmayacaq. Bunun baş verməsi üçün heç bir təşəbbüs göstərməyəcəyik”, – deyə Vieyra cavab verib.
O bildirib ki, belə bir addım üçün “əmr olmalıdır”. Amma nə əmri olduğunu nazir açıqlamayıb.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi bu ilin mart ayında ukraynalı uşaqların deportasiyasına görə Putinin həbsinə order verib. Bundan sonra Rusiya prezidenti böyük beynəlxalq sammitlərdə onlayn olaraq iştirak edib və ya ümumiyyətlə iştirakdan imtina edib.
Xüsusilə, bu ilin yayında Cənubi Afrika Respublikasında keçirilən BRİKS sammitinə, sentyabrda isə Hindistanda keçirilən G20 sammitinə getməkdən imtina edib.
657 dəfə oxundu